Cəlilabadda YANĞIN: Maşını alovlar içində avtoyuma məntəqəsinə çatdırdı

U89pNKnjiDFJpdpVRbdHftaayCmgP7plGDUPjVRR_1200

Ötən gün Cəlilabadda ot bağlaması yüklənmiş yük avtomobilində yanğın baş verib.

Xia.az  “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə rayonun Qarazəncir kəndində qeydə alınıb.

Hərəkətdə olan avtomobilin yük hissəsindəki ot bağlamaları qəfil alışmağa başlayıb. Yanğını görən sürücü avtomobili yaxınlıqdakı avtoyuma məntəqəsinə sürərək su vasitəsilə alovun qarşısını almağa çalışıb.