Şotlandiya müstəqillik yolunda: Parlament referendum keçirilməsini dəstəklədi

iol548Wj1Sc7tvvN1YZsCSDJYXGcjK5W0y9A3GN7_1200

Şotlandiya parlamenti müstəqilliklə bağlı referendumun keçirilməsini dəstəkləyib.

Xia.az xəbər verir ki, bu barədə hökumətin sosial şəbəkə hesabında məlumat verilib.

“Şotlandiya parlamenti ölkənin müstəqilliyi haqqında referendum keçirilməsi çağırışlarını dəstəkləyib”, – deyə açıqlamada bildirilib.

Məlumata görə, deputatların əksəriyyəti (72 səs lehinə, 55 səs əleyhinə) Şotlandiyanın birinci naziri Con Suinninin Böyük Britaniya hökumətinə müraciətini dəstəkləyib.

Nazir 1998-ci il Şotlandiya Aktının 30-cu maddəsinə uyğun olaraq, ölkə parlamentinə müstəqillik referendumunun təşkili səlahiyyətlərini verəcək fərman imzalanmasını tapşırıb.

Suinni ölkəsinin müstəqilliyinin tərəfdarıdır və Şotlandiya Milli Partiyasının lideridir. Mayın 19-da keçirilən seçkidə rəhbərlik etdiyi təşkilatın qələbəsindən sonra o, yenidən Şotlandiyanın birinci naziri vəzifəsinə seçilib.

Qeyd edək ki, Şotlandiya Böyük Britaniyanın tərkibindədir.