Keniyada məktəblilər yuxuda olarkən yataqxana yandı: Azı 10 şagird həlak oldu

vLUJyHpD4H1MnOf7mdjCFNF9CjBvVc5og2iGtAWA_1200

Keniyanın mərkəzi hissəsində yerləşən Nakuru bölgəsindəki məktəb yataqxanasında baş verən genişmiqyaslı yanğın nəticəsində ən azı 10 qız şagird həlak olub.

Xia.az  xəbər verir ki, bu barədə “Capital FM” radiosu bölgə polis rəisi Samuel Ndandyanın açıqlamasına istinadən məlumat yayıb.

Faciəvi hadisə gecə saatlarında, binada olan bütün şagirdlərin yuxuda olduğu vaxt baş verib. Alov yaşayış otaqlarında ani şəkildə yayılaraq oyanmış şagirdlər arasında böyük çaxnaşmaya səbəb olub. Hadisə yerində hazırda intensiv xilasetmə əməliyyatları davam etdirilir, xəsarət almış bir neçə qız yaxınlıqdakı xəstəxanalara çatdırılıb. Yanğının dəqiq səbəbləri hələlik müəyyən edilməyib, polis əməkdaşları hadisənin bütün hallarının araşdırılması üçün rəsmi istintaqa başlayıblar.