62 yaşlı kişi küçədə öldü

qt4ncDOydtUvmJdxZtLEWwbVGzibbKBhkKQi6pFy_600

Ucarda kafeyə gedən kişi küçədə ölüb.

Xia.Az Lent.az-a istinadən xəbər verir ki, hadisə şəhərin 20 yanvar küçəsində baş verib.

Qəflətən halı pisləşən rayon sakini, 62 yaşlı Qurbanəli Cəfər oğlu Həsənov küçədə ölüb. Onun ürək çatışmazlığından öldüyü ehtimal edilir.

Yaxınlarının dediyinə görə, mərhum ürək xəstəliyindən əziyyət çəkirmiş.

Meyit aidiyyəti üzrə təhvil verilib.