Ucarda geriyə hərəkət edən avtomobil piyadanı vurdu

mEc1cdv97DKgqjNZlvkEM1CEwpn5SYFYwi7XEZou_1200

Ucar rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Xia.Az Lent.az-a istinadən xəbər verir ki, hadisə Müsüslü kəndi ərazisində qeydə alınıb.

Göyçay rayonunun Alpout kənd sakini, 54 yaşlı Mirsaab Qasım oğlu Qasımov idarə etdiyi “Mercedes-Vito” markalı avtomobili arxaya sürərkən, Təzə Şilyan kənd sakini, 59 yaşlı piyada Əbülfət Ağəli oğlu Məmmədovu vurub.

Müxtəlif dərəcəli bədən xəsarətləri alan zərərçəkən xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.