Dəməşqdə güclü PARTLAYIŞ: Ölənlər və yaralılar var

Spogi4v7N8IQjfK0APF11C8lPs0oqFreRP4LBVxy_1200

Suriyanın paytaxtı Dəməşqdə bir kafedə güclü partlayış baş verib.

Xia.az  xəbər verir ki, bu barədə SANA agentliyi məlumat yayıb.

İlkin məlumatlara görə, hadisə nəticəsində azı dörd nəfər ölüb, 11 nəfər yaralanıb.

Xəsarət alanlar yaxınlıqdakı xəstəxanalara aparılıblar.

Partlayışın səbəbləri araşdırılır.