Kanadada meşə yanğınlarına görə 1300 nəfər təxliyə edildi
2612A-A+
Kanadanın şimal-qərb bölgəsində tüğyan edən meşə yanğınları ucbatından 1300-ə yaxın sakin təhlükəsiz ərazilərə köçürülüb.
Xia.az xəbər verir ki, bu barədə “The Globe and Mail” qəzeti məlumat yayıb.
Məlumata görə, yanğın ocaqları hazırda Fort-Simpson qəsəbəsinə doğru irəliləyir. Yanğının əhatə etdiyi ərazi 4,2 kvadrat kilometri ötüb. Yüksək temperatur və şiddətli külək isə alovun daha da genişlənməsinə səbəb olur.
Xatırladaq ki, ötən həftə həmin bölgədə yanğının söndürülməsinə cəlb edilən təyyarə qəzaya düşüb və nəticədə üç yanğınsöndürən həyatını itirib.