Konqoda Ebola qurbanlarının sayı artır – RƏSMİ STATİSTİKA
Konqo Demokratik Respublikasında (KDR) Ebola virusundan həyatını itirənlərin sayı artaraq 438 nəfərə yüksəlib.
Xia.az xəbər verir ki, bu barədə ölkənin Rabitə və Mətbuat Nazirliyi rəsmi məlumat yayıb.
Nazirliyin məlumatına görə, ümumilikdə 1 406 təsdiqlənmiş yoluxma halı qeydə alınıb ki, onlardan da 73-ü son 24 saat ərzində aşkarlanıb. Xəstəlik səbəbindən baş verən ölüm hallarının göstəricisi isə 438 nəfərə çatıb.
“Tibbi yardımın göstərilməsi prosesi davam edir: 192 sağalma faktı qeydə alınıb, 609 xəstə isə təcrid olunmuş vəziyyətdə və ya stasionar müalicədə qalır”, – deyə xəbərdə bildirilib.