Azərbaycanda əhali siyahıya alınacaq – FƏRMAN

by1HWpLvuFI2K7y4SLpadfWENvKyg1fwXqphkCHq_1200

2029-cu ildə Azərbaycan Respublikasında əhalinin siyahıyaalınması həyata keçiriləcək.

Xia.az  President.az-a istinadən xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev fərman imzalayıb.

Fərman Azərbaycan Respublikasının ərazi bütövlüyü və dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə ölkənin bütün ərazisi üzrə əhaliyə dair müfəssəl məlumatların əldə edilməsi və sosial-demoqrafik vəziyyətin qiymətləndirilməsi məqsədilə imzalanıb.

Sənədə əsasən, Azərbaycan Respublikasında 2029-cu il oktyabrın 1-nə olan vəziyyət üzrə əhalinin növbəti siyahıyaalınması həmin ilin oktyabrın 1-dən 31-dək keçiriləcək.

Əhalinin siyahıyaalınması ilə bağlı hazırlıq işlərinin görülməsi və onun keçirilməsi, yekunlarının işlənilməsi, nəticələrinin dərc edilərək yayılması Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinə həvalə edilib.