Hörmüz boğazında vurulan Qətərə məxsus tanker partlamaq təhlükəsi ilə üz-üzədir

pWEy43fWCTZ85HGfbwlIXLNfSCv8OD421wijzjza_1200

Hörmüz boğazında hücuma məruz qaldıqdan sonra alovlanan Qətərə məxsus “Ər-Rekayyat” mayeləşdirilmiş təbii qaz (LNG) tankeri partlayış riski ilə üz-üzədir.

Xia.az  xəbər verir ki, bu barədə “Reuters” agentliyinin mənbəyə istinadən məlumat yayıb.

Agentliyin məlumatına əsasən, gəmi ciddi şəkildə zədələnib və heyət üzvləri ərazidən təxliyə ediliblər. Tanker boğazın Oman sahilləri boyu hərəkət edərkən sol göyərtəsindən vurulub və bundan dərhal sonra fəlakət siqnalı verib.

“Reuters” xəbər verir ki, iyulun 7-nə keçən gecə baş tutan raket hücumu nəticəsində Səudiyyə Ərəbistanına məxsus xam neft tankeri də zərər görüb. Bundan əvvəl İranın IRIB teleradio yayım korporasiyası Qətər gəmisinin ABŞ Hərbi Dəniz Qüvvələrinin dəstəyi ilə boğazdan keçməyə cəhd etdiyini bildirib. Verilən məlumata görə, tanker dəfələrlə edilən xəbərdarlıqlara məhəl qoymadığı üçün hücum hədəfinə çevrilib.