Rusiya hərbçiləri Ukraynada yaşayış məntəqəsini nəzarətə götürdülər
Rusiya Silahlı Qüvvələri Ukraynanın Xarkov vilayətində yaşayış məntəqəsini nəzarət altına alıb.
Xia.az -ın Rusiya KİV-ə istinadən xəbərinə görə, bu barədə Rusiya Müdafiə Nazirliyindən məlumat verilib.
Məlumata görə, “Şimal” qoşun qruplaşmalarının hərbçiləri Xarkovda Petro-İvanovka yaşayış məntəqəsini nəzarətə götürüblər.