Tramp Türkiyəyə qarşı sanksiyaları ləğv edəcəyinə söz verdi

0pd0SZaIWgvBCUJm89gIXQqqY8dtyeIE08plLyui_1200

ABŞ hökuməti, Ankaranın Rusiyadan “S-400” zenit-raket sistemləri alması səbəbindən daha əvvəl Türkiyəyə qarşı irəli sürdüyü birtərəfli sanksiyaları aradan qaldırmağı planlaşdırır.

Xia.az  “TASS”a istinadən xəbər verir ki, bu barədə ABŞ rəhbəri Donald Tramp çıxışında bildirib.

O, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə keçirilən ikitərəfli görüş zamanı deyib:

“Mən tam əminliklə deyə bilərəm ki, sanksiyalar bizim tərəfimizdən ləğv olunacaq”.

Qeyd edək ki, ABŞ və Türkiyə liderlərinin rəsmi danışıqları Ankarada təşkil olunan NATO sammiti çərçivəsində gerçəkləşib.