Zelenski və Tramp Ankarada görüşəcəklər

R3xmuCs65fN4hae3BleGpjef3ukL3ovrQ2407Ij5_1200

Ukrayna rəhbəri Volodimir Zelenski və ABŞ Prezidenti Donald Tramp Ankarada NATO sammiti çərçivəsində görüşəcəklər.

Xia.az xəbər verir ki, bu barədə Ağ Evin bəyanatına istinad edən Strana.ua nəşri məlumat yayıb. Bildirilib ki, danışıqlar iyulun 8-də Bakı vaxtı ilə 15:30-a planlaşdırılıb.

ABŞ liderinin rəsmi iqamətgahından verilən informasiyaya əsasən, Zelenski və Tramp arasında müzakirə bir saat davam edəcək. Trampın rəsmi qrafikinə görə, bu görüşdən sonra onun Suriyanın keçid dövrü üzrə prezidenti Əhməd əş-Şəra ilə danışıqlar gözlənilir.

“Bloomberg” agentliyi isə bildirib ki, Ukrayna rəhbəri ABŞ-li həmkarı ilə danışıqlar öncəsi nikbin əhval-ruhiyyədədir. Qeyd olunur ki, Zelenskinin NATO-ya üzv olan digər ölkələrin rəhbərləri ilə də görüşləri nəzərdə tutulub.

NATO sammitində Zelenskinin Ukraynanın Rusiyaya qarşı münaqişəsində əlavə dəstək əldə edəcəyi gözlənilir. Bundan əlavə, “Bloomberg” diqqətə çatdırır ki, o, pilotsuz uçuş aparatlarının istehsalına dair ABŞ ilə bağlanan müqavilədə Kiyev üçün daha sərfəli şərtlər qazanmağa ümid edir. Mənbələrin sözlərinə görə, Ukrayna lideri ABŞ rəsmilərinin sazişin əhəmiyyətini tam qəbul etməsinə nail olmaq istəyir.