ABŞ Ukraynaya “Patriot” sistemlərinin istehsalı üçün lisenziya verəcək

eLxDLBTCiMuWSVqVrGyvCjttwLWIj2pnloJbcH7A_1200

ABŞ Ukraynaya “Patriot” zenit-raket komplekslərinin istehsalı üçün lisenziya verəcək.

Xia.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp Ankarada keçirilən NATO sammiti çərçivəsində Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşü zamanı bildirib.

Tramp: “Ukraynanın Rusiyaya zərbələri müharibənin bitməsinə kömək edə bilər”

Trampdan MÜHARİBƏ ANONSU

“Biz sizə “Patriot” istehsalı üçün lisenziya verəcəyik. Bu, kifayət qədər yaxşı fürsətdir”, – deyə Tramp qeyd edib.

Bununla yanaşı, ABŞ Prezidenti yaxın vaxtlarda Ukraynaya birbaşa “Patriot” kompleksləri üçün hazır raketlərin tədarük edilməsi ehtimalını faktiki olaraq istisna edib. O, bu silahların hazırda ABŞ-nin öz müdafiəsi üçün də zəruri olduğunu vurğulayıb:

“Bizdə “Patriot” var, lakin onların sayı çox deyil. Həmin silahlar özümüzə də lazımdır”.