Məhkəmə Ukraynanın sabiq prezidentinin şikayətinə hüquqi qiymət verdi

m8gA7KTpK7s9MVAIWoYD3XR1HkkyQaTnj5BcyuNb_1200

Ukrayna Ali Məhkəməsi ölkənin sabiq rəhbəri Pyotr Poroşenkoya qarşı sanksiyaların ləğvi barədə şikayəti təmin etməyib.

Xia.az  xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Məhkəmədən bildirilib ki, qəbul olunmuş qərar beş gün ərzində hüquqi qüvvəyə minəcək.

Xatırladaq ki, 2025-ci ilin əvvəllərində Ukrayna lideri Volodimir Zelenski Poroşenkoya qarşı Ukrayna ərazisində yerləşən aktivlərinin bloklanmasını nəzərdə tutan xüsusi sanksiyalar tətbiq edib. Bundan əlavə, sabiq prezidentə 2014 və 2015-ci illərdə Donbasdan kömür alınması işi üzrə dövlətə xəyanət maddəsi ilə ittiham irəli sürülüb.