Moskvada ağır qəza: 25 nəfər yaralanıb

G809Pq5os8TWiiIfxneh6qPYBTNQCRUAfP8FODBQ_1200

Rusiyanın paytaxtı Moskvada “QAZel” markalı avtomobil ilə sərnişin avtobusunun toqquşması nəticəsində 25 nəfər xəsarət alıb.

Xia.az  xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Bildirilib ki, “QAZel” avtobusla toqquşub, bundan sonra nəqliyyat vasitəsi yoldan çıxaraq reklam lövhəsinə çırpılıb və onu aşırıb. Məlumata görə “QAZel” qaydaları kobud şəkildə pozub və qəfil manevr edərək təhlükəsizliyə əmin olmadan avtobusun qarşısını kəsib. Faktla bağlı araşdırmalara başlanılıb.