Ağdaşda “Mercedes” yanıb kül oldu

mSAmuZcz0liCg97CDIvcxPxFYSjmt5z40TG3vNeO_1200

Ağdaş rayonunda minik avtomobili yanaraq yararsız hala düşüb.

Xia.az  “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə rayonun Qaradeyin kəndi ərazisində qeydə alınıb.

Belə ki, 1984-cü il təvəllüdlü Hüseyn Bəkir oğlu Həsənovun idarə etdiyi “Mercedes-Benz” markalı minik avtomobilində yanğın baş verib. Hadisə yerinə dərhal yanğınsöndürənlər cəlb olunublar.

Yanğın nəticəsində avtomobilin yanar konstruksiyaları tamamilə yanıb. Hadisə zamanı xəsarət alan olmayıb.