Angela Merkelin kanslerlər qalereyası üçün çəkilən portretində diqqətçəkən məqam

PdZI1fL3yZingAIVWss80bDvhpDzbOySIUWxRjqP_1200

Berlindəki Bode muzeyində Almaniyanın keçmiş kansleri Angela Merkelin kanslerlər qalereyası üçün çəkilən rəsmi portretinin təqdimat mərasimi keçirilib.

Xia.az xəbər verir ki, bu barədə nsn.fm məlumat yayıb.

Ancaq ictimaiyyətin diqqətini tədbirin özündən çox portretdəki bir detal cəlb edib – Merkelin sol əlində şəhadət barmağı təsvir olunmayıb.

Bununla yanaşı, “Bild” qəzeti barmağın olmamasının rəssam Jeremi Keyrasın istifadə etdiyi texnikanın xüsusiyyəti olduğunu ehtimal edib.

Portret oktyabrın sonunadək Bode muzeyində nümayiş etdiriləcək, daha sonra isə digər kanslerlərin portretləri arasında öz yerini tutacaq.

Qeyd edək ki, keçmiş kansler 2005-2021-ci illərdə, 16 il Almaniyaya rəhbərlik edib.