ABŞ-nin İranda beş saat davam edən əməliyyatı başa çatdı
Amerika Birləşmiş Ştatlarının silahlı qüvvələri İrana qarşı həyata keçirdiyi və təqribən beş saat davam edən növbəti hücum əməliyyatını yekunlaşdırıb.
Xia.az xəbər verir ki, bu məlumatı ABŞ Ordusunun Mərkəzi Komandanlığı (CENTCOM) rəsmi olaraq açıqlayıb.
“Mərkəzi Komandanlıq İrana yönəlmiş zərbələr seriyasını ABŞ-nin Şərq sahili vaxtı ilə saat 22:15-də bitirib. Beş saatlıq hərbi missiya çərçivəsində ABŞ qüvvələri İran daxilindəki hərbi hədəfləri uğurla məhv edib”, – deyə komandanlığın “X” sosial şəbəkəsindəki bəyanatında bildirilib.
Məlumata görə, hücumlar zamanı xüsusilə Buşehr, Cask, Konarak, Bəndər-Abbas və Çabahar şəhərləri, eləcə də Əbu-Musa adası hədəfə alınıb.
Bundan başqa Mərkəzi Komandanlıq Yaxın Şərq ərazisində xidmət edən Amerika Birləşmiş Ştatları hərbi qulluqçularının sayının 50 min nəfərdən çox olduğunu da açıqlayıb.
“Hazırda 50 mindən çox ABŞ hərbçisi Yaxın Şərq bölgəsində dislokasiya olunub”, – komandanlığın “X” platformasında yaydığı bəyanatda bildirilib.