Braziliya prezidenti milli komandanı sərt tənqid etdi

bCgp7NF1MiAwpmIs6cA4PZ2Um8YXYgYSURizYwvX_1200

Braziliya Prezidenti Luiz İnasiu Lula da Silva milli komandanın dünya çempionatındakı uğursuz çıxışını sərt tənqid edib.

Xia.az  “UOL Esporte” nəşrinə istinadən xəbər verir ki, dövlət başçısı Norveçə 1:2 hesabı ilə məğlub olaraq DÇ-2026-nın 1/8 final mərhələsində mübarizəni dayandıran Braziliya millisinin dönüşünü biabırçılıq adlandırıb.

“Heyət oraya çoxlu insanla getmişdi, amma cəmi bir nəfərlə qayıtdı. Milli komandanın təyyarəsində, demək olar ki, heç kim yox idi. Bu nə biabırçılıqdır? Təyyarədə cəmi bir futbolçu var idi”, – deyə Lula da Silva bildirib.

Bundan əvvəl KİV-də Braziliya Futbol Konfederasiyasının çarter reysi ilə yalnız Danilunun qayıtdığı, digər futbolçuların isə məzuniyyətə və ya klublarına fərdi qaydada yollandığı barədə məlumat yayılmışdı.

Braziliya millisi DÇ-2026-da çıxışını 1/8 finalda Norveçə 1:2 hesabı ilə uduzaraq başa vurub.