Husilər Səudiyyə Ərəbistanındakı aeroportu vurublar

uMLtF8uDe1ipbKgCWVbE9dmdMGkTObInUvk1FJbD_1200

Yəmənin “Ənsar Allah” hərəkatının silahlıları Səudiyyə Ərəbistanının cənub-qərbində yerləşən Abha mülki hava limanına raketlər və pilotsuz uçuş aparatları ilə zərbələr endiriblər.

Xia.az  xəbər verir ki, bu barədə hərəkatın nümayəndəsi Yəhya Sariya husilərin nəzarətində olan “Əl-Məsirə” telekanalının efirində bildirib.

Husilər bəyan ediblər ki, bu hücum Səudiyyə Ərəbistanı Hərbi Hava Qüvvələrinin hərəkatın nəzarətində olan Səna hava limanına endirdiyi zərbələrə cavab olub. Yəhya Sariya aviaşirkətlərə Səudiyyə Ərəbistanının hava məkanı üzərindən uçuşlar həyata keçirməməklə bağlı xəbərdarlıq edib. Səudiyyə Ərəbistanı Müdafiə Nazirliyinin mətbuat katibi Turki əl-Maliki “X” sosial şəbəkəsində hücumun uğurla dəf edildiyini bildirib.

Səna hava limanına hücum iyulun 13-də həyata keçirilib.