Çimərliklərdə gözlənilən hava şəraiti açıqlandı

ccfeverbcwCp0botRjFXmCUjGh0Ey34poDOm0pQB_1200

Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb.

Xia.az  xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, iyulun 22-də şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Dəniz suyunun temperaturu şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulba) 24-25, cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) 25-26 dərəcə isti olacaq.