Əfqanıstanda daşqın fəlakəti: Azı 20 nəfər ölüb, yüzdən çox insan itkin düşüb

E5ViKRyi2Ha7XQtkquSPvLjyOa9ot27EZOXB2EV0_1200

Əfqanıstanda baş verən daşqınlar nəticəsində azı 20 nəfər həyatını itirib, 100-dən artıq sakin isə itkin düşmüş hesab olunur.

Xia.az xəbər verir ki, bu barədə “The Guardian” nəşri ölkənin Fövqəladə Hallar üzrə Milli İdarəsinin məlumatlarına istinadən informasiya yayıb.

Məlumata əsasən, təbii fəlakətdən ən çox Parun çayının keçdiyi Nuristan vilayəti zərər çəkib.

Qeyd olunur ki, 80-dən çox insan müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Hazırda daşqın qurbanlarının cəsədləri fəlakət zonasından çıxarılır.

“Vilayətin mərkəzi olan Parun şəhərində bələdiyyə sədri də daxil olmaqla 105 nəfər itkin düşüb”, – deyə xəbərdə bildirilir.

Qeyd olunur ki, Parun şəhərində çayın kənarında çox sayda ticarət obyekti və bazar yerləşirdi. Məhz bu səbəbdən ən çox insan itkisi həmin yaşayış məntəqəsində qeydə alınıb.

Sel suları çəkildikdən sonra şəhərdə nəhəng qaya parçaları qalıb. Əhali itkin düşənlərin axtarışlarını xüsusi texnika olmadan aparmağa məcburdur.