Klublarımızın yay transferləri: Kim gəldi, kim getdi? – 21.07.2026
“Şəfa” futbol klubu növbəti transferini reallaşdırıb.
Klubdan Oxu.Az-a verilən məlumata görə, kanadalı vinger Treyvon Fuller ilə 1+1 illik müqavilə imzalanıb.
Qeyd edək ki, 24 yaşlı futbolçu son olaraq Gürcüstanın “Dila” (Qori) klubunda çıxış edib. O, karyerası ərzində Portuqaliyanın “Tondela”, “Leyşoyş” və “Kovilya” kimi komandalarının da formasını geyinib.