Pakistanda təbii fəlakət: Şiddətli yağışlar doqquz nəfərin ölümünə səbəb olub

mzlepddFVz0MCsYynTt9Dsw9cGeAeXgvocU4bQWY_1200

Pakistan ərazisində son sutka ərzində yağan yağışlar və onların törətdiyi hadisələr nəticəsində azı doqquz nəfər həlak olub.

Xia.az  xəbər verir ki, bu barədə məlumatı İslam Respublikasının Təbii Fəlakətlərlə Mübarizə üzrə Milli İdarəsi ictimaiyyətə açıqlayıb.

Bildirilir ki, ölkənin şimal-qərbində yerləşən Xayber-Paxtunxva əyalətində altı nəfər təbii fəlakət nəticəsində dünyasını dəyişib. Şimalda yerləşən Azad Cammu və Kəşmir regionunda isə daha üç nəfər həlak olub. Eyni zamanda, güclü su axınları nəticəsində 28 yaşayış evi dağılıb.

Qeyd edək ki, Pakistanda iyul ayından etibarən musson mövsümü başlayıb. Adətən sentyabr ayınadək sürən bu dövr kənd təsərrüfatı sahəsi üçün vacib olan bol yağıntı gətirsə də, əksər hallarda ağır daşqınlar və digər təbii fəlakətlərlə nəticələnir.