Ağdamda yanğın olan ərazidə mina partlayışları müşahidə olunur
Ağdam rayonunda yanğın baş verən ərazidə mina partlayışları müşahidə olunur.
Xia.az “Report”a istinadən bildirir ki, rayonun yenidən qurulan Sarıcalı kəndinə yaxın açıq ərazidə baş verən yanğın mina və partlamamış hərbi sursatlarla çirklənən yerlərə yayılıb.
Yanğın zamanı bir neçə mina partlayışı müşahidə olunub. Partlayışlar yanğınlara operativ müdaxilə edilməsi işlərinə mane olur, alovun söndürülməsi işlərini ləngidir.
Ağdam rayonunun işğaldan azad olunmuş Sarıcalı kəndi yaxınlığında açıq ərazidə yanğın baş verib.
Xia.az xəbər verir ki, dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri hadisə yerinə cəlb olunub.
Hazırda yanğının söndürülməsi istiqamətində əməliyyat davam etdirilir.