Nabranda FACİƏ: 17 yaşlı qız dənizdə boğuldu

bogulma_1200

İyulun 21-i Xaçmazın Nabran çimərlikləri ərazisində gənc qız dənizdə boğulub.

Xia.az  xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Bildirilib ki, dənizdə batan 17 yaşlı Xaçmaz şəhər sakini Arzu Zaur qızı Xalidova olub.

Hadisə şahidlərinin bildirdiyinə görə, faciə baş verən zaman atası və qardaşı da onun yanında olsa da, A.Xalidovanı xilas edə bilməyiblər.

Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb ediliblər.

Axtarışlar davam etdirilir.