UEFA Konfrans Liqası: “Zirə” növbəti oyununa çıxır
UEFA Konfrans Liqasındakı təmsilçimiz “Zirə” bu gün növbəti oyununa çıxır.
Xia.az xəbər verir ki, 2-ci təsnifat mərhələsində “Zirə” Estoniyanın “Payde” komandası ilə qarşılaşacaq.
Payde şəhərindəki eyni adlı stadionda baş tutacaq oyuna Bakı vaxtı ilə 20:00-da start veriləcək.
Qeyd edək ki, ilk təsnifat mərhələsində “Zirə” hər iki oyunda Gürcüstanın “Torpedo Kutaisi” klubundan üstün olub. Hər iki qarşılaşma təmsilçimizin 3:0 hesablı qələbəsi ilə başa çatıb.
“Payde” isə ilk mərhələdə Litvanın “Hegelman” klubunu iki oyunun nəticəsinə əsasən məğlub etməyi bacarıb. İlk oyunda 1:1 hesablı heç-heçəyə razılaşan Estoniya təmsilçisi cavab qarşılaşmasında 3:0 hesablı qələbəyə sevinib.
Xatırladaq ki, “Zirə” və “Payde” arasında Bakıdakı qarşılaşma iyulun 30-da olacaq.