Zelenski Rusiya ilə sülh sazişi imzalamağa hazırdır: “Hər şey Trampdan asılıdır”

i6LXnK549WKBda6U5xPMOg3T4Gri0ynqAlmj0zPE_1200

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya ilə mümkün sülh sazişini ABŞ-də, Ağ Evin Oval kabinetində və ya Donald Trampın Mar-a-Laqo iqamətgahında imzalamağa hazır olduğunu bildirib.

Xia.az  “Yevropeyska pravda”ya istinadən xəbər verir ki, Zelenski bu barədə amerikalı ultrasağçı bloqer və ABŞ Prezidenti Donald Trampın yaxın tərəfdarı Lora Lumerə verdiyi müsahibədə danışıb.

“Bəli, hazıram. Mən hər zaman Prezident Donald Trampa demişəm ki, ABŞ-yə, Oval kabinetə və ya Mar-a-Laqoya gəlməyə hazıram. Hər şey Prezident Trampdan asılıdır”, – deyə Zelenski Rusiya ilə sülh sazişini Oval kabinetdə imzalamağa hazır olub-olmaması ilə bağlı suala cavabında bildirib.

Ukrayna lideri həmçinin qeyd edib ki, ABŞ Prezidenti Donald Trampla münasibətlərində dönüş nöqtəsi 2025-ci ilin aprelində Romada, Müqəddəs Pyotr bazilikasında keçirilən qısa şəxsi görüş olub. Onun sözlərinə görə, həmin görüş Keşişlər Məclisi çərçivəsində baş tutub.