Yevlaxda növbəti iməclik keçirilib

IMG-20260810-WA0032-1024x576

​8 Avqust 2026-cı il tarixində Yevlax Şəhər Mənzil-Kommunal Təsərrüfatı Birliyi tərəfindən şəhərin Heydər Əliyev prospektində genişmiqyaslı iməclik keçirilmişdir.​İməclik çərçivəsində MKTB-nin xüsusi texnikaları və canlı qüvvəsi cəlb olunmaqla genişhəcmli təmizlik və abadlıq işləri həyata keçirilmişdir:​

Prospekt boyunca yerləşən ağacların, dekorativ kolların və ot örtüyünün biçilməsi, budanması və formaya salınması işləri icra olunub. Yaşıllıqların suvarılması üçün xüsusi texnikalar prosesə qoşulub. Yaşıllıq zolaqlarında və ağaclarda zərərvericilərə qarşı xüsusi geyimli mütəxəssislər tərəfindən dərmanlama və profilaktik dezinfeksiya işləri aparılıb. Avtobus dayanacaqları, fəvvarə ətrafları, piyada səkiləri və yol kənarları tullantılardan təmizlənib. Yaşayış binalarının ətrafı, uşaq oyun meydançaları, istirahət skamyaları və ümumi istifadə yerləri səliqəyə salınıb, toplanan tullantılar texnika vasitəsilə ərazidən daşınıb.


​Cənab Prezident İlham Əliyev hər zaman öz çıxışlarında vurğulayır ki, “Şəhərlərimizin və rayonlarımızın abadlaşdırılması, ekoloji vəziyyətin yaxşılaşdırılması və vətəndaşlarımız üçün rahat yaşam şəraitinin yaradılması bizim başlıca vəzifələrimizdəndir.

Yevlax MKTB tərəfindən həyata keçirilən bu növbəti iməclik də dövlət başçısının bu tapşırıqlarının yüksək səviyyədə icrasının və şəhərin estetik görkəminin qorunub saxlanılmasına göstərilən diqqətin bariz nümunəsidir.
​Keçirilən belə iməcliklər vətəndaşların həm sağlamlığında, həm rahat hərəkətində, həm də şəhərin ümumi estetik gözəlliyində xüsusi yer tutur.


​Şəhərimizin təmizliyi, səliqə-sahmanı və estetik görünüşü naminə fədakarlıqla çalışan, zəhməti keçən Yevlax Şəhər Mənzil-Kommunal Təsərrüfatı Birliyinin bütün əməkdaşlarına dərin təşəkkürümüzü bildiririk.