Gürcüstandan Azərbaycana gələn yük qatarında YANĞIN OLUB
“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti Gürcüstan-Bakı qatarında baş verən yanğın hadisəsinə münasibət bildirib.
Qurumdan Oxu.Az-a verilən məlumatda bildirilir ki, bu gün səhər saatlarında “Şəmkir” stansiyasının ərazisində Gürcüstandan Bakıya gələn yük qatarının bir vaqonunda tüstülənmə qeydə alınıb. Dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən maşınları və canlı qüvvəsi cəlb edilib. Tüstülənmə qısa zamanda aradan qaldırılıb, digər vaqonlar mühafizə olunub.
Hadisənin 35 vaqondan ibarət yük qatarının 15-ci vaqonunda kükürd tozunda tüstülənmə səbəbindən baş verdiyi müəyyənləşib.
Faktla bağlı araşdırma aparılır.