Premyer Liqada turun yekunu: Azarkeşləri iki gərgin qarşılaşma gözləyir

tYnvdK2PMZ4Fz7GM1ZokoS9uGXQnoYSm8Vw5RUwS_1200


Bu gün Misli Premyer Liqasında IV tura yekun vurulur.

Xia.az xəbər verir ki, turun son oyun günündə iki qarşılaşma keçiriləcək.

Günün ilk matçında “Turan Tovuz” doğma meydanda “Sumqayıt”ı qəbul edəcək. Tovuz şəhər stadionunda keçiriləcək görüş saat 18:00-da başlayacaq.

Turun son qarşılaşmasında isə “Qarabağ” “Araz-Naxçıvan”la üz-üzə gələcək. Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək matç saat 20:15-də start götürəcək.