Ağstafada 25 yaşlı gənc bıçaqlanıb

aW2QfEdZYH0bXzFrWCMD6LWL6nhM10Y4lrufbkl7_1200


Ağstafada bıçaqlanma hadisəsi olub.

Xia.az APA-ya istinadla xəbər verir ki, rayon sakini, 2001-ci il təvəllüdlü H.Sadıqov bıçaqlanma diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Ona dərhal yardım edildikdən sonra Qazax Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Hazırda H.Sadıqovun vəziyyətinin orta ağır olduğu bildirilir. Hadisənin hansı şəraitdə baş verməsi məlum deyil.

Faktla polis əməkdaşları tərəfindən araşdırma aparılır.