27 Sentyabr – Anım Günü ilə əlaqədar dövlət və hökumət rəsmiləri Zəfər parkını ziyarət ediblər
27 Sentyabr – Anım Günü ilə əlaqədar Azərbaycan Ali Məhkəməsinin kollektivi Zəfər parkını ziyarət edib.
Xia.az xəbər verir ki, Ali Məhkəmənin rəhbərliyi, hakimləri və Aparatının əməkdaşları parkdakı Zəfər abidəsinin önünə gül dəstələri düzüb, Vətənimizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsini dərin ehtiramla yad ediblər.
27 Sentyabr – Anım Günü ilə əlaqədar Zəfər parkına ziyarət davam edir.
Oxu.Az xəbər verir ki, fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov və qurumun digər əməkdaşları Zəfər abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər.