Kiçik süni intellekt modelləri məişət cihazlarında müstəqil işləyə biləcək
Böyük hesablama gücü tələb etməyən kiçik süni intellekt (Sİ) modelləri bir neçə aydan sonra məlumat mərkəzlərinə qoşulmadan ağıllı soba və televizor kimi kommersiya cihazlarında müstəqil şəkildə işləyə biləcək.
Xia.az xəbər verir ki, bu barədə Amerikanın “Anthropic” texnologiya şirkəti öz rəsmi saytında məlumat yayıb.
“Eksperimentlərimiz göstərir ki, kiçik Sİ modellərinin ağıllı soba və televizor kimi kommersiya cihazlarında müstəqil şəkildə işləmək qabiliyyəti qazanması üçün cəmi bir neçə ay tələb oluna bilər”, – deyə şirkətin bəyanatında bildirilib.
Qeyd olunub ki, süni intellektdən istifadə etməyən zərərli proqramlardan fərqli olaraq, belə sistemlər tanımadıqları cihazları müstəqil şəkildə müəyyən edə bilirlər. Şirkətin məlumatına görə, sınaqlar zamanı model yoxlanılan doqquz aparat təminatı növündən səkkizində sistemi işə salmaq tapşırığının öhdəsindən uğurla gəlib.
“Gələcəkdə insan nəzarəti altında olmayan avadanlıqlar da daxil olmaqla, müxtəlif növ avadanlıqlarda işləyən çoxsaylı agentlərlə qarşılaşacağımızı düşünürük”, – deyə “Anthropic” şirkətinin nümayəndələri xəbərdarlıq ediblər.