Şirvanda hündürlükdən yıxılan bir yaşlı uşaq xəstəxanada ölüb

2AECBcNTvDO64k4vXuIoJC0huzYMSr1KJtpGjAP5_1200


Şirvanda hündürlükdən yıxılaraq ağır xəsarət alan bir yaşlı uşaq xəstəxanada vəfat edib.

Xia.az APA-ya istinadən xəbər verir ki, 2025-ci il təvəllüdlü körpə bir gün əvvəl taxtdan yıxılaraq ağır kəllə-beyin travması alıb.

Azyaşlı kəllə sümüyünün deformasiyası diaqnozu ilə Şirvan xəstəxanasına yerləşdirilib.

Vəziyyəti ağır olduğundan daha sonra Bakıda yerləşən Neyrocərrahiyyə Mərkəzinə köçürülən körpənin həyatını xilas etmək mümkün olmayıb.