Azərbaycanda ailə quranların sayı azalır

WkCEcVoLAiTMf9ZIkOZ6vnCZPttfSevpO79MQsNO_1200


Azərbaycanda nikah və boşanmaların sayı azalıb.

Xia.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Bildirilib ki, Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən cari ilin yanvar-avqust aylarında 26 485 nikaha daxilolma və 13 278 boşanma halları qeydə alınıb.

2025-ci ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı 4.6-dan 3.9-a, boşanmaların sayı isə 2-dən 1.9-a düşüb.