Samuxda ağır qəzada maşın iki hissəyə bölündü

bWvKskPqOlBvMh5iohhHyel6H9vPs7uRDUTGKZx7_1200


Samuxda yol-nəqliyyat hadisəsi baş verib. Qəza nəticəsində avtomobil iki hissəyə bölünüb.

Xia.az “Report”a istinadən xəbər verir ki, hadisə rayonun Sərkar kənd yolunda qeydə alınıb.

Belə ki, 1984-cü il təvəllüdlü sürücü Hafiz Həsənov VAZ-2107 markalı avtomobilin idarəetməsini itirib. Nəticədə avtomobil elektrik dirəyinə çırpılıb və zərbənin təsirindən iki hissəyə bölünüb. Sürücü ağır xəsarət alıb.

H.Həsənov xəstəxanaya çatdırılıb və reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.