Tovuzda avtomobil piyadanı vuraraq öldürübTovuzda avtomobil piyadanı vuraraq öldürüb

YtVl9oTPsaGHZxXBPKi6ucitTTSuy6wEPdlLvpaZ_1200


Tovuzda avtomobilin vurduğu piyada xəstəxanada ölüb.

Tovuz rayon sakini, 1980-ci il təvəllüdlü Asif Ələsgərovu rayonun Əyublu kəndində avtomobil vurub.

O, ağır halda xəstəxanaya yerləşdirilib. Lakin göstərilən tibbi yardımlara baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.