Prezidentdən Dövlət Ehtiyatları Agentliyi ilə bağlı fərman
Prezident İlham Əliyev Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında Fərman imzalayıb.
Bununla bağlı Xia.az President.az-a istinadən xəbər verir.
“Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinin Əsasnaməsi” və “Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinin strukturu” təsdiq edilib.
Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinin Aparatının işçilərinin say həddi 66 ştat vahidi, regional bölmələrinin işçilərinin say həddi 9 ştat vahidi müəyyən edilib.
Bundan başqa, Agentliyin tabeliyində “Dövlət Ehtiyatlarının Saxlanılması Mərkəzi” büdcə təşkilatı yaradılır.
Müəyyən edilir ki, Mərkəz Agentlik tərəfindən yaradılan dövlət ehtiyatlarının saxlanılmasını həyata keçirir. Mərkəzin işçilərinin say həddi 200 ştat vahididir.