ABŞ-dən İrana cavab zərbəsi: Hərbi hədəf məhv edildi

6JRuFsGgR7dZ8z5hjIeg70D8IKWGiuF2lxUW1Odw_1200


ABŞ ordusu Hörmüz boğazının ən iri quru sahəsi olan İranın Keşm adasına hücum edərək orada yerləşən hava hücumundan müdafiə sistemini sıradan çıxarıb.

Xia.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp məlumat verib.

“Bu mövzu ətrafında çox danışmaq niyyətində deyiləm. Endirdiyimiz zərbələr miqyasca kiçik, lakin kifayət qədər effektivdir. Onların orada qurduğu yığcam zenit kompleksini biz təxminən on beş, bəlkə də beş dəqiqə içində tamamilə məhv etdik”, – deyə Tramp Florida ştatında mətbuat nümayəndələri ilə söhbəti zamanı qeyd edib.

İranın kütləvi informasiya vasitələri adıçəkilən adada bir neçə partlayış səsinin eşidildiyini xəbər verib. “Tasnim” xəbər yayıb ki, Keşm ərazisinə iki ədəd raket düşüb. Bundan bir saat sonra isə ordu komandanlığının mətbuat xidməti ada səmasında ABŞ-yə məxsus “MQ9” pilotsuz uçuş aparatının zərərsizləşdirildiyini bəyan edib. Hadisə nəticəsində insan itkisi və ya dağıntı barədə məlumat verilməyib.