Milli Məclisin deputatı İlham Məmmədov Yevlaxda vətəndaş qəbulu keçirib.
Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü İlham Məmmədov Yevlax rayonunda vətəndaşlarla görüş keçirib.
YAP Yevlax rayonun təşkilatının inzibati binasında keçirilən qəbulda rayon sakinləri müxtəlif sosial, iş, kommunal, məşğulluq və digər məsələlərlə bağlı müraciətlərini səsləndiriblər.
Görüş zamanı İlham Məmmədov hər bir sakinin müraciətini dinləyib, qaldırılan məsələlərin bir qismi yerindəcə öz müsbət həllini tapıb, araşdırılması və aidiyyəti qurumlara çatdırılması tələb olunan digər müraciətlər isə qeydiyyata alınaraq nəzarətə götürülüb.
Vətəndaşlarla görüşdə çıxış edən millət vəkili İlham Məmmədov ölkəmizdə həyata keçirilən uğurlu sosial-iqtisadi siyasətdən, dövlət tərəfindən vətəndaş məmnunluğunun artırılması istiqamətində görülən işlərdən danışıb. O, cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın qazandığı tarixi nailiyyətləri, o cümlədən işğaldan azad olunmuş torpaqlarımızda aparılan genişmiqyaslı bərpa-quruculuq işlərini xüsusi ilə diqqətə çatdırıb.





