Tramp İrana yeni zərbələrin endirilməsi ehtimalından danışdı

Mw8HNc3eEbblkx58EUPA52dPaqhY4GIYByjggljI_1200


“ABŞ administrasiyası döyüş əməliyyatlarının yenidən başlanması ehtimalına qarşı İran ərazisinə zərbələr endirmək üçün hədəfləri müəyyən edib. Lakin Vaşinqton bu addımı atmaq istəmir”.

Xia.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp CNN telekanalına müsahibəsində bildirib.

“Biz zərbələr endirməyə hazırıq. Hazırda burada üç aviadaşıyıcım var. Daha biri isə indicə gəlib. Onlar döyüşə tam hazırdırlar”, – deyə Tramp bildirib.

Bununla belə, Tramp İranla genişmiqyaslı hərbi əməliyyatların yenidən başlanması ehtimalını son dərəcə aşağı qiymətləndirib.

“Bu qərar İranın çox güclü bir razılaşma imzalayıb-imzalamamasından asılı olacaq. Əgər lazım gələrsə, onlara həqiqətən güclü zərbə endirəcəyik. Siz mənim onlara nə qədər güclü zərbə endirə biləcəyimi bilmirsiniz”, – deyə ABŞ prezidenti vurğulayıb.