Lixtenşteyn – Azərbaycan oyununun hakimləri müəyyənləşdi
UEFA Millətlər Liqasının Lixtenşteyn – Azərbaycan qarşılaşmasını Estoniyadan olan hakimlər briqadası idarə edəcək.
Xia.az xəbər verir ki, D Liqasının oyununa FIFA referisi Kristo Tohver təyinat alıb.
Ona həmyerliləri Silver Koiv və Sander Saqa kömək edəcəklər. Dördüncü hakim vəzifəsini Yonas Yanovits yerinə yetirəcək.
VAR-da Marko Liva, AVAR-da isə Yuri Frişer çalışacaq.
Qeyd edək ki, noyabrın 13-də Vaduts şəhərində keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.