Bakıda 32 yaşlı kişi bıçaqlandı: Qohumu saxlanıldıBakıda 32 yaşlı kişi bıçaqlandı: Qohumu saxlanıldı
Bakıda 32 yaşlı kişini qohumu bıçaqlayıb.
Hadisə noyabrın 14-də gecə saatlarında baş verib. Nizami rayonu ərazisində şəxsi münasibətlər zəminində Q.Əzizov qohumu Q.Quluzadəyə kəsici-deşici alətlə xəsarət yetirib.
Polisin keçirdiyi tədbirlərlə Q.Əzizov saxlanılaraq istintaqa təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.