İsrail ordusu İrana hücumla bağlı rəsmi xəbərdarlıq etdi

l9OtKApFyjvhdrK25uN6GFeg1AaA4mSUa7aOuNOd_1200


İsrail ordusu İrana hücumla bağlı xəbərdarlıq edib.

Xia.az xəbər verir ki, bu barədə “Channel 12” telekanalı məlumat yayıb.

İsrail Müdafiə Qüvvələrinin (SAXAL) hərbi kəşfiyyat idarəsinin bəyanatına görə, İrana qarşı birtərəfli hücum həyata keçirilərsə, regionda genişmiqyaslı toqquşmalar başlaya bilər.

Telekanalına xəbərinə əsasən, İsrailin endirəcəyi zərbə eyni vaxtda bir neçə cəbhədə müharibə riski yaradır. Çünki hərbi əməliyyatlara Livan, Suriya və Qəzza zolağından olan qüvvələrin də qoşulacağı istisna edilmir.