Censen Huanq: “İşdə ilk günümdür, hələ kompüterim yoxdur”

gXlDZBsEKKlaTEqQ3jNUVleQAx9pwe0jlvSaCAG6_1200


“Nvidia” şirkətinin baş direktoru vəzifəsinə bərpa olunması elan edildikdən sonra Censen Huanq Kaliforniya ştatındakı şirkət qərargahına gəlib.

Xia.az “The New York Times” nəşrinə istinadən xəbər verir ki, Santa-Klaradakı baş ofisdə əməkdaşlar şirkətin qurucusunu alqışlarla qarşılayıblar.

“Bu, mənim işdə ilk günümdür. Kompüterim yoxdur, ona görə də IT şöbəsi mənə yeni kompüter verəcək”, – deyə Huanq zarafat edib.

Daha sonra o, hər kəsdən üzr istəyib və ona ikinci şans verildiyinə görə təşəkkürünü bildirib.