İlham Əliyev Hikmet Çetinin ailəsinə başsağlığı verdi

SELpEUYvPDiajahCYO4PhU02ylbgpsyKh52xCK4z_1200


Prezident İlham Əliyev Türkiyə Respublikasının görkəmli dövlət və ictimai-siyasi xadimi Hikmet Çetinin ailəsinə başsağlığı verib.

Xia.az President.az-a istinadən həmin məktubun mətnini təqdim edir:

“Türkiyə Respublikasının görkəmli dövlət və ictimai-siyasi xadimi Hikmet Çetinin vəfatı xəbəri məni olduqca kədərləndirdi.

Hikmet Çetin Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında münasibətlərin inkişafına, qardaşlıq əlaqələrimizin möhkəmlənməsinə böyük töhfə vermişdir. Onunla görüşlərimi həmişə ən xoş təəssüratlarla xatırlayacağam.

Bu ağır anlarda dərdinizə şərik çıxır, ailənizin bütün üzvlərinə dərin hüznlə başsağlığı verirəm.

Allah rəhmət eləsin!”