ADSEA-nın fəaliyyətində nöqsanlar aşkarlandı

qpz8qa5hSvlyIlTKDd8PogzHgZMOMcIJuDf9NXRo_1200


Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyində (ADSEA) nöqsan

Xia.az xəbər verir ki, Hesablama Palatasının sədri Vüqar Gülməmmədovun rəhbərliyi ilə növbəti kollegiya iclası keçirilib.

İclasda auditor Vüqar İbrahimov tərəfindən təqdim edilən “Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə ayrılan dövlət investisiyalarının (seçmə qaydada) auditinin nəticələrinə dair Auditor hesabatı” müzakirə olunub.

Müzakirələrin yekununda auditor hesabatının təsdiqlənməsi, həmçinin aşkarlanmış nöqsanların aradan qaldırılması məqsədilə audit olunan qurum tərəfindən zəruri tədbirlərin görülməsinə dair qərar qəbul edilib.