Azərbaycan və Ermənistan nümayəndələrinin görüşü başlayıb

EHnwirGnAnbMB0XknU28eFM0HdusiZyTK8QQi5HA_1200


“Sülh körpüsü” təşəbbüsünün beşinci görüşü başlayıb.

Xia.az xəbər verir ki, görüşdə Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin nümayəndələri iştirak edir.

2026-cı il noyabrın 26-27-də Ermənistanda “Sülh körpüsü” təşəbbüsü çərçivəsində Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin nümayəndələrinin iştirakı ilə dəyirmi masa formatında genişlənmiş tərkibdə ikitərəfli müzakirələr keçiriləcək.

Xia.az xəbər verir ki, iştirakçıların diqqət mərkəzində 2025-ci il avqustun 8-də Vaşinqton sammitində razılaşdırılmış sülh gündəliyi, Azərbaycan-Ermənistan sülh prosesinin möhkəmləndirilməsi və institusionallaşdırılması üzrə təşəbbüslər, həmçinin iki ölkənin cəmiyyətləri arasında qarşılıqlı etimadın formalaşdırılması və inkişafı üzrə konkret tədbirlər olacaq.

Görüş zamanı həmçinin Cənubi Qafqazda dayanıqlı iqtisadi əməkdaşlığın qurulması, ticarətin və nəqliyyat kommunikasiyalarının inkişafı imkanlarına baxılacaq.

Humanitar məsələlərə, təhsil sahəsində qarşılıqlı əlaqələrə, gənclərlə işə, eləcə də Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin nümayəndələri arasında birbaşa və uzunmüddətli əlaqələrin qurulması perspektivlərinə xüsusi diqqət yetiriləcək.